Bunu Gürcüstandan olan səyyah Sevda Muzaşvili deyib.
"Mən burada olmaqdan nə qədər xoşbəxt olduğumu və Azərbaycanın doğma torpaqlarını geri qaytarmasından nə qədər məmnun olduğumu sözlə ifadə edə bilmirəm", - S.Muzaşvili bildirib.
Səyyah qeyd edib ki, gələcəkdə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə məmnuniyyətlə səfər edəcək. "Fürsət düşən kimi yenidən buraya gələcəyəm", - o vurğulayıb. (Report)