Bu sözləri Qarabağa səfər edən Gürcüstan azərbaycanlısı Lətif Əhmədov söyləyib. "Birinci Qarabağ müharibəsi zamanı erməni işğalı nəticəsində azərbaycanlıların öz doğma yurdlarından məcburi köçkün düşməsi bizim ürəyimizdə bir dağ olaraq qalmışdı. Lakin İkinci Qarabağ müharibəsində haqq-ədalət öz yerini tapdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu öz torpaqlarını azad etdi. Bunun sayəsində biz Qarabağı ziyarətə gəlmişik. Evdən çıxanda məndən hara getdiyimi soruşduqlarında Məkkə və Mədinəyə bərabər olan Qarabağımızı ziyarətə gedirəm deyə cavab verdim".
Lətif Əhmədov Qarabağa gəlməyi sözün əsl mənasında ziyarətə bərabər olduğunu bildirir. "Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarıq, Tanrıdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik. Təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, indi bütün dünya azərbaycanlıların başı ucadır" - deyə o, əlavə edib.
Qeyd edək ki, Gürcüstan azərbaycanlıların işğaldan azad edilən ərazilərə üç qrup olmaqla altı günlük səfəri nəzərdə tutulub. İlk qrupun səfəri başa çatıb, qrup üzvləri Şuşa, Xankəndi və Ağdamda olublar. İkinci qrupun səfəri 19 oktyabrdan start götürüb və qrupun ilk səfəri Xankəndidən başlayıb. Qrup üzvləri daha sonra Şuşa və Ağdama baş çəkəcəklər. (AZƏRTAC)