19.10.2024, 10:51
AZ EN
27.09.2024, 16:14 147

Horadizdə “Qəhrəmanlar Parkı”nda Anım tədbiri keçirilib

QARABAĞ
  • 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İctimai birliklər, gənclər və ictimaiyyət nümayəndələri, ümumilikdə  5000 nəfərdən çox rayon əhalisi iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhidlərin ruhuna dualar oxunub. Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin qarşısına tər çiçəklər düzülərək, onların əziz xatirələrinə dərin ehtiram ifadə olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər