19.10.2024, 17:35
AZ EN
13.09.2024, 15:42 232

Direktor: Sentyabrın 16-da Şuşanın müasir infrastruktura malik məktəbində 100-dən çox şagirdin təhsilə başlayacağı gözlənilir

QARABAĞ
  • Sentyabrın 16-da Şuşanın yeni və müasir infrastruktura malik məktəbində 100-dən çox şagirdin təhsilə başlayacağı gözlənilir.

Bunu jurnalistlərə müsahibəsində Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova söyləyib.

O bildirib ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 960 şagird yerlik, üç mərtəbə, beş blokdan ibarətdir: “Məktəbin binasında hər biri 24 nəfərlik olan sinif otaqları yerləşir. Burada iki informatika kabineti, akt zalı, həyətdə isə idman meydançası var. Yeni tədris ilində müvafiq tədris planına uyğun olaraq dərs cədvəlləri hazırlanıb. Valideyn iclası keçirilərək onlara təqdim olunub. Bundan əlavə, pedaqoji iclasın qərarına əsasən məktəbli geyim formaları da təyin olunub”.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi müxtəlif nəşrlərini işğaldan azad edilmiş bölgələrdəki təhsil ocaqlarına, o cümlədən Şuşa şəhər 1 nömrəli tam orta məktəbə də hədiyyə edib. Bununla bağlı təşəkkürünü bildirən direktor Səbinə Gözəlova deyib: “Çox şadıq ki, Dövlət İmtahan Mərkəzi doğma, əziz Şuşamızda bizə öz nəşrlərini hədiyyə edib. Biz Dövlət İmtahan Mərkəzinə öz təşəkkürümüzü bildiririk. Çünki bu nəşrlər həm müəllimlərimizə metodiki dəstəkdir, həm də şagirdlərimizin repetitor yanına getmədən ali təhsil müəssisələrinə qəbul olması üçün bir dəstəkdir. Əminəm ki, bizim DİM-lə mütəmadi əməkdaşlığımız olacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər