19.10.2024, 19:33
AZ EN
28.08.2024, 17:40 252

Vətənlərinə qayıdan Füzuli sakinləri doğma şəhərdə səs verə biləcəklər

QARABAĞ
  • Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı 84 saylı Füzuli seçki dairəsi üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.

84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, 4 seçki məntəqəsi işğaldan azad olunan Füzuli şəhərində yerləşir. Dairə üzrə ümumilikdə 54 min 246 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səsvermədə iştirak etmək hüququ olanların sayı 583 nəfərdir.

Dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb. Seçkilərin demokratik, şəffaf və ədalətli şəkildə keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Dairə üzrə 8 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişatını izləmək üçün 1253 nəfər müşahidəçi qeydiyyatdan keçib. (AZƏRTAC)

Oxşar xəbərlər