22.11.2024, 00:41
AZ EN
12.07.2024, 15:22 289

Şəhid Muğan Əliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

QARABAĞ
  • Əliyev Muğan Gəray oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli şəhərində torpağa tapşırılıb.

Şəhid Muğan Əliyevin nəşi Füzuli sakinləri tərəfindən izdihamla qarşılanıb və İkinci Mahmudlu kənd məscidinə gətirilərək vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, rayon rəhbərliyi, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məsciddə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşinin qalıqları işğaldan azad olunan Füzuli şəhərində qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Əliyev Muğan Gəray oğlu 1958-ci ildə Füzuli rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayanda döyüşlərə qoşulub. 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Daha sonra ailə üzvləri ondan xəbər ala bilməyib. (AZƏRTAC)

Oxşar xəbərlər