22.11.2024, 20:33
AZ EN
24.05.2024, 16:32 195

Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edib

QARABAĞ
  • Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edib.

Agentliyə istinadən xəbər verir ki, qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. (Report)

Oxşar xəbərlər