Bunu Şuşada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin üzvü Mustafa Canbəy deyib.
“Şuşada sürətli inşaat işləri həyata keçirilir. Qarşıdakı illərdə bura daha da canlanacaq. Şuşada azərbaycanlı qardaşlarımızla, xüsusən Türk dövlətlərinin nümayəndələri ilə bir yerdə olmaqdan çox məmnunam”, – deyə o bildirib.
Qeyd edək ki, Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri bu gün Xankəndi və Şuşaya səfər ediblər. (AZƏRTAC)