23.11.2024, 13:31
AZ EN
17.03.2022, 08:20 229

Alı Alıyev Beyləqanda səyyar qəbul keçirib

QARABAĞ

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev martın 16-da Beyləqan rayonunda Füzuli rayonundan olan məcburi köçkünləri qəbul edib. Səyyat qəbulda rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətindən bu barədə verilən məlumatda bildiriilib ki,  səyyar qəbulda Beyləqan rayonunda məskunlaşmış Füzuli sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. İrəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib. Digərlərinin həll edilməsi üçün isə aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib. Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər