08.06.2025, 22:33
AZ EN
18.02.2024, 17:16 342

Azərbaycan polisi azad edilən ərazilərdə xidmət edir

QARABAĞ
  • İndi Azərbaycan polisi qürurla bütöv Azərbaycanda xidmət edir. İşğaldan azad edilmiş ərazilərimizdə polislərimiz vətəndaşlarımızı mövcud təhlükələrdən qoruyur, mina səbəbindən baş verə biləcək fəlakətlərin qarşısını alırlar.

Bir tərəfdə Əsgəran, digər tərəfdə Ağdam. Qarabağ bölgəsində xidmət aparmaq nə qədər çətin olsa da, bu məsuliyyət onlara sevinc, qürur hissi bəxş edir. Gecə-gündüz xidmət etdikləri ərazi ilə yanaşı, bütün Qarabağın təhlükəsizliyi naminə ayıq-sayıq olub Vətənə borcunu xidmətləri ilə ödəyirlər. Fəaliyyətləri burda ilk növbədə bu postlarda başlayır. Yoxlamalar da əbəs yerə aparılmır.

DİN-nin Mətbuat xidməti idarəsinin əməkdaşı Eşqin Qasımov:

-Ölkə başçısının müvafiq əmri ilə həmin ərazilərdə komendat rejimi təyin olunub və həmin rayonların komendatları da ərazi üzrə polis şöbələrinin rəisləridir. Burda məqsəd 30 il işğal altında olan ərazilərdə həyati təhlükənin qarşısını almaqdır. Polis əməkdaşları yalnız müvafiq icazəsi olan ixtisaslaşmış şəxslərin həmin əraziyə giriş-çıxışını təmin edirlər.

Qeyd edək ki, iş təkcə giriş-çıxış postlarında nəzarətlə yekunlaşmır. DİN-nin əməkdaşları azad edilmiş ərazilərdə həm də tarixi memarlıq abidələrinin mühafizəsini də diqqət mərkəzində saxlayırlar.

Eşqin Qasımov qeyd edib ki, bununla bağlı Xocalı rayonunun ərazisində mütəmadi olaraq patrul xitməti həyata keçirilir və orda hər hansı istər mülki, istərsə də digər obyektlərin mühafizəsi təmin olunur. Bilirsiniz ki, işğaldan azad olunan ərazilərdə sürətli bərpa işləri həyata keçirilir və orda tikinti işləri aparılır. Həmin ərazilərdə istər tikinti texnikaları, istərsə də digər avtomobillər var ki, polis əməkdaşları həmin ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində də müvafiq tədbirlər həyata keçirir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər