Bu fikirləri 84 saylı Füzuli seçki dairəsinin 76 saylı seçki məntəqəsinin sədri Səttar Heydərov bildirib.
Məntəqə sədri qeyd edib ki, məntəqədə 976 seçici qeydiyyata alınıb. Onlardan 750-dən çoxu artıq səsvermədə iştirak edib: "Seçicilər əsasən burada quruculuq işləri ilə məşğul olan vətəndaşlarımızdır. Seçki prosesi tam şəffaf aparılır. Seçkilərin gedişatını 10 yerli, 8 xarici müşahidəçi izləyib. Bu vaxta qədər heç bir qayda pozuntusu qeydə alınmayıb". (Report)