Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir
QARABAĞ
Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir.
Tədbirdə Əskişəhər (Türkiyə), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan), Kastamonu (Türkiyə), Oş (Qırğızıstan), Bursa (Türkiyə), Şuşa (Azərbaycan) və Anev (Türkmənistan) şəhərlərinin rəsmi nümayəndələri iştirak edirlər. (AZƏRTAC)