08.06.2025, 13:47
AZ EN
13.10.2023, 14:15 464

Füzuli rayonunda “Rənglərin sehrində” adlı sərgi açılıb

QARABAĞ
  • Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Rənglərin sehrində” adlı rəsm sərgisi keçirilib.

Rəsm sərgisi Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Horadiz şəhər Muğam Mərkəzində təşkil olunub. Tədbirdə rayon rəsmiləri, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, şəhid ailələri, qazilər, məktəblilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə Füzuli rayon mədəniyyət müəssisələrinin dərnək üzvü olan həvəskar rəssamların 50-dən çox peyzaj, portret janrında olan, eləcə də naturadan çəkilmiş rəsm əsəri nümayiş olunub.

Oxşar xəbərlər