09.05.2025, 22:09
AZ EN
12.09.2023, 07:29 241

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir

QARABAĞ
  • Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir.

Bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bildirib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb”, – Mirzəyev vurğulayıb.

Mirzəyev onu da qeyd edib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR