Xocavənd rayonu də digər işğaldan azad olunmuş ərazilərimiz kimi Böyük Qayıdışa hazırlaşır. Belə ki, Xocavənddə də böyük layihələr icra olunur. Tikinti-quruculuq işləri aparılır. Bununla paralel olaraq həm də bütün işğaldan azad olunmuş ərazilərimiz kimi Xocavəddə də aqrar sektora xüsusi diqqət ayrılır. Az.TV-nin Xocavənddə olan çəkiliş qrupunun məlumatında bildirilir ki, rayon ərazisində taxıl biçini həyata keçirilir. Rayonunun ərazisində salamaq qalan üzüm bağları bərpa olunub. Elə işğaldan azad olunan il də daxil olmaqla üç ildir ki, həmin ərazilərdəki həmin bağlarından məhsul yığımı da həyata keçirilir. Bununla paralel olaraq, həm də rayon ərazisində yeni bağlar da salınır. Rayon ərazisində 3 yeni fındıq bağı da salınıb və bağların hər üçü Xocavəndin Məmməddərə kəndində salınıb. Bağların ümumi ərazisi, yəni üç bağın ərazisi 177 hektarı əhatə edir. Yəni birinci mərhələdə 80 hektar bağ salınmışdır.Torpağın münbitliyi, bitkilərin inkişafı nəzərə alındıqdan sonra daha yeni bağlar da salındı. Bunu da xüsusi olaraq qeyd edək ki, daha 100 hektar fındıq bağının salınması planlaşdırılır. Yəni bağların hamısı intensiv bağlardır. Müasir innovativ üsullarla salınmış və suvarılması damcı yolu ilə həyata keçirilən bağlardır və 3 bağa iki nasos filtir stansiyası xidmət göstərir. Maraqlısı da odur ki, həmin nasos filtir stansiyaları bu bağlardakı ağacları suvarma suyu ilə təmin etməklə yanaşı, həm də bitkiyə lazım olan mineralları, gübrələri, dərman peraparatlarını orda xüsusi bir avadanlıq var, ona qatışdırırlar və ondan sonra elə suvarma suyu ilə bərabər bitkinin özünə çatdırılır.
Hazırladı: Tahirə AĞAMİRZƏ