Bunu Ağdama səfər edən Çex Respublikası Parlamentinin Deputatlar Palatasının üzvü Michal Ratiborsky deyib.
“Ağdamı belə görmək kədərlidir. Ümid edirəm ki, şəhər tezliklə bərpa olunacaq və bundan sonra yenidən inkişaf edəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti bu gün işğaldan azad olunmuş Ağdama səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri, həmçinin şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar. (AZƏRTAC)