19.04.2025, 04:48
AZ EN
13.05.2023, 17:42 370

Səmayə Məmmədova: Hər birimizin böyük səbirsizliklə gözlədiyi anlardan biri Şuşa sakinlərinin öz evlərinə köçmələridir

QARABAĞ
  • Şuşa şəhərinin mərkəzindəki Qarabağ küçəsində 10 qeyri-yaşayış binası tikilir. Gələn il bu vaxt həmin yaşayış binalarının təhvil verilməsi nəzərdə tutulur. Bu qeyri-yaşayış binalarında ofislər, ticarət mərkəzləri olacaq. Həmin binalardan birinin tikintisini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi həyata keçirir. Hər birimizin böyük səbirsizliklə gözlədiyi anlardan biri Şuşa sakinlərinin öz doğma yurd-yuvalarına köçürülmə prosesidir. Təbii ki, bu proses başlayanda burada onların hər bir ehtiyaclarının ödənilməsi və sosial təminatı üçün çox işlər yüksək səviyyədə həyata keçirilməlidir. Bu səbəblə keçmiş poçt binasında təmir işlərinə başlanılıb. Təmir işlərinin 11 aya bitməsi nəzərdə tutulur. Burada DOST, “ASAN xidmət”, “Azərpoçt” və KOBİA kimi qurumlar sakinlərə xidmət göstərəcək.

Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova deyib.

O bildirib ki, 450 mənzildən ibarət 23 binanın tikinti işləri davam edir. “Bu binalarda işlərin təxminən 60 faizi görülüb. Üç və beşmərtəbəli bu binalarda Şuşa memarlıq üslubu bütün öz əksini tapacaq. Bu ilin sonuna qədər ilk sakinlər Şuşaya köçürüləcək. Bununla yanaşı, “Dəmir yumruq” küçəsində 23 binanın yanında 238 mənzildən ibarət 17 binanın - yeni yaşayış kompleksinin də təməli qoyulub. Hazırda layihələndirmə işləri aparılır”.

Qeyd edib ki, bu günlərdə Prezident İlham Əliyev bir neçə küçənin lövhəsinin açılışını edib. Artıq şəhər infrastrukturu yeniləndikcə yeni küçələrin adları da olacaq. Eyni zamanda, ən uzun küçə Zəfər yolu küçəsidir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR