17.02.2026, 02:24
AZ EN
09.02.2026, 20:17 125

Prezident: ABŞ-nin vitse-prezidentinin səfəri ərəfəsində nümayəndə heyətinin gəlişi olduqca əhəmiyyətlidir

XƏBƏRLƏR
  • Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib", - Prezident bildirib.

Azərbaycan Prezidenti bildirib ki, bu səfər nəticəsində müxtəlif istiqamətlərdə daha fəal təmaslar olacaq. (Report)

Oxşar xəbərlər