Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral II Abdullah ibn Əl-Hüseynə çatdırmağı xahiş etdi.
Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
İlk dəfə Azərbaycanda olduğunu bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkəmizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı Qəzzaya humanitar yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd edildi.