22.11.2024, 06:32
AZ EN
06.09.2023, 18:10 230

Prezident: "Razılaşdırmadan “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır"

XƏBƏRLƏR
  • Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR