17.06.2025, 21:11
AZ EN
21.05.2023, 13:19 285

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

Məktubda deyilir:

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".

Oxşar xəbərlər