"Vətən səsi" xəbər verir ki, bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini açıqlayıb. Xocavənd rayonunun müxtəlif ərazilərində fərdi yaşayış evlərinin təmiri ilə bağlı həyata keçirilən tenderin nəticələrinə uyğun olaraq, 6 şirkətlə müqavilə imzalanıb. Ümumi dəyəri 15 milyon 203 min manat olan həmin satınalmalar "Bir mənbə" metodu ilə həyata keçirilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin elan etdiyi tenderdə qalib gələn şirkətlər 5 yaşayış məntəqəsində təmir-bərpa işişlərini həyata keçirəcək. Həmin yaşayış məntəqələri bunlardır: Xocavənd şəhəri, Tuğ, Kiş, Cütcü və Qarazəmi kəndləri.
Tenderdə qalib gəlmiş şirkətlər, bərpa-tikinti layihələrinin dəyəri və müqavilə şərtlərinə uyğun olaraq görüləcək işlər aşağıdakılardan ibarətdir:
"Nakhısh" MTK – Xocavənd rayonunun Tuğ qəsəbəsi üzrə fərdi yaşayış evlərinin təmir işləri. Müqavilənin dəyəri 4 milyon 298 min manat təşkil edir;
"Qarabağ Enerji Təchizat" MMC – Kiş kəndində fərdi yaşayış (50 ev - 8415 kvadratmetr) evlərinin təmir işləri. Müqavilənin dəyəri 2 milyon 941 min manatdır;
"Kapital-İnşaat" MMC – Cütcü kəndində fərdi yaşayış (40 ev - 7600 kvadratmetr) evlərinin təmiri. Müqavilənin dəyəri 2 milyon 652 min manat təşkil edir;
"AZ.SKTT" MMC – Xocavənd şəhərində fərdi yaşayış (30 ev – 5700 kvadratmetr) evlərinin təmir işləri. Müqavilənin dəyəri 1 milyon 993 min manatdır;
"AZCİS" MMC – Xocavənd şəhərində fərdi yaşayış (30 ev - 5700 kvadratmetr) evlərinin təmiri. Müqavilənin dəyəri 1 milyon 989 min manat təşkil edir.
"Everest Qrup" MMC – Qarazəmi kəndində fərdi yaşayış (20 ev - 3800 kvadratmetr) evlərin təmir işlərinin satın alınması. Müqavilənin dəyəri 1 milyon 329 min manat təşkil edir.
Xatırladaq ki, Xocavənd rayonu ərazisində genişmiqyası təmir işləri çərçivəsində bu yaxınlarda keçirilən daha bir iritutumlu tenderin qalibi "Platin-M" MMC seçilib. Müqaviləyə əsasən, Xocavənd şəhərində çoxmənzilli (318 mənzil-22 260 kvadratmetr) yaşayış binalarının təmiri həmin şirkətə həvalə olunub. Layihənin ümumi dəyəri isə 7 milyon 768 min 736 manatdır.
Elxan SALAHOV