17.01.2026, 15:58
AZ EN
25.12.2025, 13:55 221

Türkiyə şirkəti Kəlbəcər və Laçındə 4 KSES tikir

QARABAĞ
  • Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) Türkiyənin "Dəmirörən Holding" şirkətinin törəməsi ilə birlikdə Laçın və Kəlbəcər rayonlarında 4 Kiçik Su Elektrik Stansiyasının (KSES) bərpası və tikintisi layihəsini həyata keçirir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçirilən "Suveren Azərbaycan - Biznesdə yeni cığır" adlı konfransda ABİF-in nümayəndəsi Rüfət Əliyev bildirib. O, qeyd edib ki, bu layihədə ABİF həm Türkiyə şirkəti ilə birlikdə ortaq olaraq iştirak edir, həm də fondu bu layihəyə güzəştli kredit ayırıb və dövlət zəmanəti təqdim edib. 2026-ci ilin sonuna təmir tikinti işlərinin tamamlanması və artıq regionda yaşıl enerjinin paylanması və istehsalı nəzərdə tutulur.

Cəbrayıl rayonunda "bp" və "SOCAR Green" ilə birlikdə əməkdaşlıq çərçivəsində həyata keçilən "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi də bu sahədə iri maliyyə tutumlu layihələrdən sayılır. Layihəyə uyğun olaraq, həmin stansiyanın tikintisi 240 meqavat həcmində elektrik enejisi istehsal etmək gücünə malikdir.

"Biz bu layihəyə başlayanda 200 milyon dollardan çox sərmayə qoymuşduq. Bu, həmin bölgənin ilk ən böyük özəl sərmayə ilə qurulan təşəbbüsü idi", - deyə ABİF nümayəndəsi bildirib.

Xatırladaq ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib. Hazırda Kəlbəcər rayonunda Tərtər, Lev və Qamışlı çayları üzərində yenidən qurulmuş 10 ədəd KSES fəaliyyət göstərir. Otuz ildən artıq düşmən tapdağında qalmış ərazilərdə yenidən qurulmuş KSES-lərin ümumi generasiya gücü 300 meqavatdan çoxdur. Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6000 meqavata çatdırılacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər