- 2020-ci ildən bugünədək Qarabağın rayon və şəhərləri rabitə ilə təmin edilib. Artıq “Bakı Telefon Rabitəsi” MMC tərəfindən Fizuli rayonunda, Tərtər rayonun Talış kəndində, Şuşa şəhərində, Laçın şəhərində, Xankəndidə, Zəngilan rayonun Ağalı kəndində rabitə yaradılıb və əhaliyə xidmət göstərilir.
Bunu “Bakı Telefon Rabitəsi” MMC-nin şöbə müdiri Fərhad Zahidov deyib.
Fərhad Zahidov vurğulayıb ki, hazırda növbəti mərhələdə Əsgəran rayonu və Ağdamın yeni işğaldan azad edilmiş ərazilərində rabitəni yaratmağa çalışırlar: “Bunun üzərində işlər hazırda davam edir”. (AZƏRTAC)