22.11.2025, 07:10
AZ EN
07.11.2025, 16:25 132

Füzulidə infrastrukur layihələri qurulur

QARABAĞ
  • Füzuli şəhərində infrastruktur layihələrinin qurulması ilə bağlı tikinti-quraşdırma işlərinin növbəti mərhələsinə başlanılır.

"Vətən səsi" xəbər verir ki, "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxs bununla bağlı açıq müsabiqə elan edib. Müsabiqə Füzuli şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində şlərin satın alınmasını nəzərdə tutur. Layihənin ehtimal olunan qiymət 17  milyon 450 min 725 manat  təşkil edir.

Müsabiqədə iştirak etmək istəyən şirkətlər öz təkliflərinin noyabrın 2-dək "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsin Planlama və Satınalmaların Təşkili şöbəsinə təqdim etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər