- Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) və “Azəristiliktəchizat” ASC-nin rəhbər şəxsləri Şuşa şəhərində mövcud olan qazanxanaların texniki və istismar vəziyyətinə baxış keçirib, istifadəyə verilmiş qazanxanaların mövsümə hazır vəziyyətə gətirilməsi işləri ilə tanış olublar.
AERA-dan bildirilib ki, texniki baxış zamanı qazanxanaların fasiləsiz və keyfiyyətli istismarı yönündə həyata keçirilməsi zəruri olan tədbirlərə dair müzakirələr aparılıb və aidiyyəti üzrə tapşırıqlar verilib. (AZƏRTAC)