“Metkons” MMC-nin istehsalat rəhbəri Xəyal Quliyev bildirib ki, zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulub. Hazırda zavodun məhsulları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında istifadə olunur. Hədəf gələcəkdə Azərbaycanın bütün bölgələrini zavodun məhsulları ilə təmin etməkdir.
Zavodda 50 nəfər işlə təmin olunub. Onların əsas hissəsi yerli sakinlərdən ibarətdir. Gələcəkdə işçilərin sayının 90 nəfərə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam Sənaye Parkında “Metkons” MMC-nin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib. (AZƏRTAC)