Xocalıda yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə tullantı su xətləri çəkilir. Fərdi məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq iki yeni subartezian quyusunun qazılmasına qərar verilib.
Anar Cəbrayıllı daha sonra əlavə edib ki, eyni zamanda 28 kənd və qəsəbədə bu il işlərə başlanılması planlaşdırılır və 2024-cü ildə Şuşa şəhərində bizim layihəmiz davam etdiriləcək. Hansı ki, ötən dövrlərdən başlanılmışdı. Şəhərdaxili şəbəkələrin yradılması, anbarların tikintisi, bu işlər həyata keçiriləcək.
İndi azad olunan ərazilərin hər qarışına su xətti çəkilir. Yaşayış olan inzibati binalar, obyektlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmaqdadır. Ötən ildən Füzulidə başlanılan mərkəzi anbarda magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşdırılıb. Kəlbəcər, Ağdam və Cəbrayılda isə xarici su təhcizatı, eləcə də şəhərdaxili su və kanalizasiya sistemləri yaradılacaq. İlin sonuna kimi Laçın şəhərinə də su xəttinin çəklişi yekunlaşacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ