22.11.2024, 02:48
AZ EN
16.07.2022, 10:00 199

Ağdam sənaye parkında infrastuktur tikintisinin başlayacağı müddət açıqlanıb

QARABAĞ

2022-ci ilin avqustunda Ağdam sənaye parkının rezidentləri zəruri infrastukturun tikintisinə başlamağı planlaşdırır.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildiriblər.

Qeyd olunub ki, hazırda rezidentlərin torpaq sahələri ilə, zəruri infrastrukturla təmin olunması işləri, eləcə də obyektlərin tikintisinə hazırlıqlar aparılır.

"Sənaye parkının ərazisində torpağın düzləşdirilməsi üzrə işlər başlayıb. Avqust ayından tikinti işlərinə başlamaq nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam sənaye parkında hazırda doqquz rezident qeydiyyata alınıb. Bu rezidentlərin layihələrinin ümumi məbləği 50 milyon manat dəyərində qiymətləndirilir. ("Trend")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR