"Vətən səsi" xəbər verir ki, 2022-ci ilin oktyabrında Ağdamda inşaasına başlanan şəhərin turizm indfastrukurunun formalaşmasında müstəsna rol oynayacaq. Hazırda müasir səviyyədə inşa olunan “City Hotel Ağdam” mehmanxanası rayona səfər edəcək turistlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
“PMD Projects” şirkətinin inşa etdiyi mehmanxana 130 nömrədən ibarət olacaq. Beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.
Xatırladaq ki, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimi 2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Hazırda mehmanxanın tikintisi sürətlə davam edir.
Elxan SALAHOV