Ötən il Ağdam və Cəbrayılda tikintisinə başlanılan 960 şagird yerlik tam orta məktəblərin təmiri bu ilin sonu yekunlaşacaq. Laçın şəhəri və Zabux kəndindəki məktəblərdə də təmir işləri artıq yekunlaşıb. Tərtər rayonunun Talış kəndində də müasir tələblərə cavab verən tam orta məktəb, məktəbəqədər təhsil müəssisəsi və Ağdərə rayonunun Suqovuşan qəsəbəsindəki məktəb inşa edilərək istismara verilib. Bundan başqa, Şuşa Real məktəbində, Zəngilan və Kəlbəcərdəki 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə, Qubadlıda isə məktəb binasının tikintisinin layihələndirilməsinə başlanılıb. Xocavənd rayonunun Hadrut qəsəbəsindəki tam orta məktəb binasının bərpa- gücləndirmə və əsaslı təmiri nəzərdə tutulur.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə müasir təhsil infrastrukturunun qurulması Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində Elm və təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ