Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib.
O deyib: “Ərazidə geniş arxeoloji qazıntıların aparılması ilə yanaşı, abidələrin vəziyyəti də öyrənilib, tədqiqatlar aparılıb. “Tarixi mənbələrdən məlumat var ki, “İmarət” kompleksində istifadə olunan daşlar Şahbulaqdan gətirilib. Odur ki, bərpa işləri zamanı istifadə olunan daşlar da həmin yerdən gətirilir. Çalışacağıq ki, layihə mümkün qədər tez yekunlaşsın”. (AZƏRTAC)