21.09.2024, 22:06
AZ EN
27.12.2023, 15:48 255

Qiyaslı kəndinə birinci mərhələdə 2546 nəfər köçürüləcək

QARABAĞ
  • Ağdamın Qiyaslı kəndində birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 ev tikiləcək. Bunun üçün 145 hektar torpaq sahəsi ayrılıb.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

Onun sözlərinə görə, Qiyaslı kəndi tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Kənddə 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 evin tikilməsi nəzərdə tutulub. Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə ediləcək.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali mədəniyyət və əyləncə mərkəzləri, xidmət və kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə işlə təmin olunacaqlar. (AZƏRTAC)

Oxşar xəbərlər