21.11.2024, 21:46
AZ EN
19.12.2023, 11:30 303

Ağdamda Avtomatika və telemexanika istehsalı zavodu gələn il işə salınacaq

QARABAĞ
  • Ağdam sənaye parkında qeydiyyatdan keçən 25 rezidentin 10-dan çoxu tikinti-quraşdırma işlərinə başlayıb. 2024-cü il yaz aylarının sonuna bir sıra müəssisələrin açılışı gözlənilir. Onlardan biri də “Rail Trans Service” MMC tərəfindən inşa olunan Avtomatika və telemexanika istehsalı zavodudur.

Zavodun tikintisi üçün Ağdam Sənaye Parkı ərazisində 0,90 hektar torpaq sahəsi ayrılıb. Müəssisənin tikinti sahəsi 2738,9 kvadratmetrdir.

Layihə rəhbəri Seymur Qəhrəmanov bildirib ki, Avtomatika və telemexanika istehsalı zavodunun tikintisinə cari ilin oktyabr ayında başlanılıb. 2024-cü ilin may ayında inşaat işlərinin başa çatdırılaraq zavodun işə salınması nəzərdə tutulur. Zavodda dəmir yolu siqnal sahəsi üçün avadanlıqlar istehsal olunacaq. Müəssisədə 45 nəfərin işlə təmin olunması planlaşdırılır.

Qeyd edək ki, Ağdam Sənaye Parkına investorlar tərəfindən 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox sahibkarlıq subyekti tərəfindən aktiv tikinti-quraşdırma, digərləri isə layihələndirmə və ərazinin topoqrafik işləri həyata keçirir. (AZƏRTAC)

Oxşar xəbərlər