Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində təşkil edilmiş "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" mövzusunda panel müzakirələrində bildirib.
"İndiyə qədər Füzulidə bir çox işlər görülüb. Zəfər yolu və beynəlxalq hava limanı tikilib. Füzuli-Hadrut yolunun inşası başa çatdırılıb və təhvil verilib. Hazırda tikintisi başa çatan ərazilərdə əhali məskunlaşdırılır", - deyə o qeyd edib. (Report)