22.11.2024, 06:31
AZ EN
24.11.2023, 16:14 217

Böyük Qayıdış Proqramına dair əsas ərazi planlaşdırma işlərinin 80 %-i bu il tamamlanacaq

QARABAĞ
  • Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə 100 yaşayış məntəqəsi bərpa olunacaq və ilin sonunadək 80 %-də əsas ərazi planlaşdırma işləri tamamlanacaq.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində deyib.

Komitə sədri bildirib ki, hazırda 40 yaşayış məntəqəsində tikinti işləri başlayıb və ya aktiv fazada davam edir: "Bütün dövlət qurumları işğaldan azad olunmuş ərazilərin bərpası üçün gərgin iş rejimində çalışır. Biz də ərazilərin planlaşdırılması üzrə fəaliyyətimizi aktiv şəkildə davam etdiririk". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR