Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
"Prezidentin rəhbərliyi ilə Böyük Qayıdış 1-ci Dövlət Proqramı təsdiq olunub və bu proqrama uyğun olaraq artıq bir neçə yaşayış məntəqəsində keşmiş məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıdıb məskunlaşıblar. Bu proses davam edir. 2026-cı ilə qədər ümumilikdə 34 500 ailənin, 140 min nəfərə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur. Bu proseslər davam edəcək", - deyə E.Hüseynov əlavə edib. (Report)