16.09.2024, 23:02
AZ EN
10.10.2023, 12:07 311

Tural Novruzov: "Şuşada üç yaşayış binası tezliklə istifadəyə veriləcək"

QARABAĞ
  • Şuşa şəhərində üç yaşayış binasının tezliklə istifadəyə verilməsi və sakinlərini qəbul etməsi gözlənilir.

Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş "Dayanıqlı, Yaşanılabilən və Təsirlərə davamlı İrs Şəhərlərinə doğru" adlı panel sessiyanın açılışında bildirib.

"Şuşanın Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Konfrans iştirakçıları Şuşaya səfər zamanı ermənilərin köhnə yaşayış məntəqələrini necə yararsız vəziyyətə gətirdiyinin şahidi olacaq. Artıq yeni yaşayış məntəqələri tikilir. Bu işlər beynəlxalq standartlara uyğun aparılır", - deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər