Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
"Biz 30 illik işğaldan sonra o ərazilərə qayıtmışıq. Mədəni, tarixi və digər bütün abidələr dağıdılmışdı. Buna görə də orada bizim qarşımızda çox böyük öhdəlik var idi", - o əlavə edib.
Aydın Kərimov deyib ki, azad olunan şəhərlərin yenidən və dayanaqlı bərpası üçün bır sıra vacib nüanslar olub: "Çünki biz, eyni zamanda, mədəni irsimizi də qorumalıyıq. Bu, çox mürəkkəb bir işdir. Məsələn, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq çox ehtiyatlı planlaşdırma tələb edir". (APA)