“Vətən səsi” xəbər verir yeni, açıq tender Ağdamda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi tikintisinin satın alınmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, Ağdamda sözügedən elektrik enerjisi infrastrukturunu “Azərişıq” özü deyil, açıq tenderdə qalib gələn şirkət inşa edəcək.
Bildirilir ki, tenderə qatılmaq istəyən şirkət 1500 manat də iştirakhaqqı ödəməlidir. Şirkətlərdən tender təklifləri 28 sentyabr saat 15:00-dək qəbul olunur. Tenderə sentyabrın 29-da yekun vurulacaq.
Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını ödədikdən Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.
Elxan SALAHOV