21.11.2024, 20:12
AZ EN
12.06.2023, 12:41 290

Füzuli şəhərində böyük park salınacaq

QARABAĞ
  • Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində geniş istirahət parkı salınacaq.

“Vətən səsi” xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkənin aparıcı biznes qurumları ilə keçirilən görüşdə bildirib. O qeyd edib ki, Füzuli Mərkəzi Parkının konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Rəhman Hacıyev bildirib ki, parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunub. Onun sözlərinə görə, ümumi sahəsi 22,47 hektar olan Füzuli Mərkəzi Parkında istirahət və əyləncə zonaları, amfiteatr, kafe-restoranlar və digər ictimai-iaşə obyektlərin yaradılması nəzərdə tutulub. Parkda həmçinin ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun ağacları, müxtəlif dekorativ gül və kollar əkiləcək.

Xatırladaq ki, təsdiq olunmuş Baş Planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət - idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit seçilib.

Elxan Salahov

Oxşar xəbərlər