21.11.2024, 21:15
AZ EN
25.05.2023, 12:46 403

Bu ilin sonundan etibarən Şuşaya ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub

QARABAĞ
  • Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub.

Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.

“Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb", - K. Quliyev qeyd edib.

Şuşada görülən işlər barəsində danışan K.Quliyev bildirib ki, ümumilikdə, hazırda Şuşada təhsil ocağın, xəstəxananın və poçt binasının tikintisi davam edir: “Bu poçt binası "ASAN" və "DOST" xidmətlərini özündə birləşdirəcək. Bütün bu layihələrin icrası bu ilin sonuna yekunlaşacaq”. (Report)

Oxşar xəbərlər