22.11.2024, 02:49
AZ EN
18.05.2023, 16:43 344

Hadrut yenidən qurulur

QARABAĞ
  • İşğaldan azad olunan ərazilərimizdə bərpa, quruculuq işləri böyük vüsət alıb. Xocavənd rayonunun Hadrut qəsəbəsində də artıq xeyli işlər görülüb və bu gün də davam edir.  

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirir ki, Hadrut Qovşaq Yarımstansiyası bir neçə yarımstansiya ilə əlaqədə olduğu və coğrafi şəraitinə görə Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin elektrik energisinə tələbatının əlaqələndiricisi rolunu oynayır.  

A.Məmmədzadə onu da bildirir ki, Hadrutda Regional Tədris Kompleksi də yaradılıb. Mərkəzdə yerli və xarici təlim işçilərinin iştirakı ilə elektroenergetika sahəsində ixtisaslı kadrlar hazırlanacaq. Burada bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları öyrədiləcək. Real iş şəraitində təlimlər keçiriləcək.

Qəsəbənin məktəbləri də bərpa olunacaq. İlk olaraq 360 nəfərlik orta məktəbin binası əsaslı təmir ediləcək. Təmirdən sonra burada 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, üç laboratoriya, texnologiya və informatika otaqları olacaq. Otaqlar müasir avadanlıqlarla təchiz ediləcək.

Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Əli Zeynalov Hadrutda aparılacaq tikinti-quruculuq və bərpa işləri ilə bağlı jurnalistlərə açıqlamasında qəsəbədə Prezident tərəfindən təməli qoyulan inzibati mərkəzin sahəsinin 4.2 hektar təşkil etdiyini bildirib. Buraya inzibati bina, bələdiyyə binası və digər qurumların ofisləri daxildir. Həmçinin Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin də Prezident tərəfindən təməli qoyulub. Yaşayış məhəlləsində birinci mərhələdə tikiləcək evlərin sayı 28 ədəd olacaq. Həmin evlər 1, 2, 3, 4 və 5 otaqlı olmaqla sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Bundan başqa, Hadrut qəsəbəsində olan 360 şagird yerlik tam orta məktəbin də 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə isə Hadrut qəsəbəsində tikiləcək və bərpa olunacaq obyektlər və ətraf ərazilərin abadlaşması işləri də 2025-ci ildə başa çatması planlaşdırılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR