17.01.2026, 17:50
AZ EN
30.12.2025, 13:29 253

Azad edilmiş ərazilərdə 21 məktəb, 14 uşaq bağçası tikilib

QARABAĞ
  • "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgəsinin həmin ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri 2025-ci ilin icra planına uyğun şəkildə uğurla davam etdirilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Qeyd olunur ki, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq, geridə qalan müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib. Hazırda fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində təhsil alan uşaqların sayı isə 270 nəfərdir. Onların təhsili və tərbiyəsi ilə 25 nəfərlik pedaqoji heyət məşğul olur. Eyni zamanda həmin tərbiyə ocaqlarında 58 texniki işçi çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər