22.06.2025, 17:49
AZ EN
04.05.2022, 17:40 711

Füzuli rayonunda yeni subartezian quyuları istifadəyə veriləcək

QARABAĞ
  • Prezident İlham Əliyevin sərəncamı əsasında, hər il olduğu kimi, bu il də ölkəmizin bütün ərazilərində meliorativ tədbirlər həyata keçirilir. Hazırda Füzuli rayonunun keçmiş təmas xəttinə yaxın olan Alxanlı, Kürdmahmud kəndlərində subartezian quyuları qazılır.

Ümumilikdə rayonda 10 subartezian quyusunun qazılması nəzərdə tutulub. Onlardan 4-ü qazılıb, 5-ci isə qazılmaqdadır. Quyulardan 2-si Alxanlı, 2-si Kürdmahmudlu, 1-i Aşağı Kürdmahmudlu, 1-i Mahmudlu-1, 1-i isə Şıxlı yatağı Yağlıvənd kəndi ərazisindədir. Qazıntı mərhələli şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan subartezian quyuları da var ki, artıq onlardan 12-nə baxış keçirilib. Yaxın vaxtlarda bu quyuların da  bərpasına başlanacaqdır.

İ.Xəlilov onu da alavə edib ki, Füzuli rayonunun işğal olunmayan ərazilərində 180 subartezian quyuları fəaliyyət göstərir. Onlardan 100-ü son illər istifadəyə verilib. Hazırda qazılmış subartezian quyularının da yaxın vaxtlarda istismarına başlanacaqdır.    

Oxşar xəbərlər