22.11.2024, 10:36
AZ EN
04.05.2022, 11:40 468

Azad edilmiş ərazilərdə bu il 42 abidənin pasportlaşdırılması aparılıb

QARABAĞ
  • Hazırda 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər görülür.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

“Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür”, - məlumatda deyilir.

Qeyd edilib ki, 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR