01.07.2025, 18:01
AZ EN
14.04.2023, 09:56 503

Şuşa rayonu, Zarıslı kəndi

QARABAĞ

Şuşa rayonunun Zarıslı kəndi Zarıslıçayın (Qarqarçayın qolu) sahilində, Sarıbaba dağının ətəyində yerləşir. Bu yaşayış məntəqəsi görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvana məxsus kəndlərdən biri olmuşdur. Kəndin yaxınlığında Zarıs qalasının xarabalıqları var. Mənbələrdə XIII əsrdən adı çəkilən Zarıs toponimi ehtimal olunur ki, əslində Sarısudur. Kəndin adı ərazisindən axan eyniadlı çayın adı ilə bağlıdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər