- Cavanşir elinin böyük qollarından biri də Hacılı camaatıdır. XVIII əsrdə Yağlıvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləşməsi nəticəsində yaranmışdır. Hacılı camaatı Rus-İran müharibəsində fəal iştirak etmişlər. 1823-cü ilə bağlı rus qaynaqlarında yalnız Hacılı icması haqqında məlumat var. Sonrakı 1842, 1849, 1863, 1873, 1886-cı illərdəki Aybasanlı obasına aid məlumatlarda da onun Aşağı və ya Yuxarı olduğu göstərilmir. Həmin vaxtlar hər iki kənd bir yerdə - Aşağı Aybasanlının yerləşdiyi ərazidə imiş. Bəzi mənbələrdə kəndin adı Ayıbasanlı kimi də verilir.
1980-ci ilə qədər Qərbi Azərbaycanda Ayıbasan adlı kənd olmuşdur. Sonralar bu kəndi ermənilər Marqahovit adlandırılmışdır. Hal-hazırda Aybasanlı kəndi Yuxarı və Aşağı Aybasanlı adı ilə iki kəndə ayrılmışdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olmuşdur.
İsa Musayev