28.03.2024, 23:44
AZ EN
01.12.2022, 10:05 245

Ağdam rayonunun Sarıcalı kəndi

QARABAĞ
  • AZƏRTAC İnformasiya Agentliyi işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb.

Ağdam rayonunun Sarıcalı kəndi rayon mərkəzindən şərqdə yerləşir.

Oxşar xəbərlər