Bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov deyib.
Onun sözlərinə görə, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən yaradılıb:
"Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmə Xocalı soyqırımına dair yaddaşın qorunmasına həsr edilib. Birinci ekspozisiya zalında Xocalının tarixi, Xocalı soyqırımı ilə bağlı müxtəlif video və fotogörüntülər, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair məlumatlar əks olunub. Eyni zamanda, ziyarətçilər birinci zalda Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi-hüquqi qiymətlə tanış ola bilərlər.
İkinci ekspozisiya zalında isə Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi siyasəti, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasına yönəlmiş genişmiqyaslı fəaliyyəti əks etdirən məlumatlar yerləşdirilib.
İkinci ekspozisiya zalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə bağlı məlumatlar da əks olunub. Bundan başqa, zalda həmin kampaniya çərçivəsində bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin maketləri də təqdim edilir. Ümumiyyətlə isə Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından tarixi yaddaşın yaradılmasına həsr edilmiş məkandır". (Report)